Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb

Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb
01 2024 17:00

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.

"Report" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya rəsmisi yığmanın Qızıl Avropa Liqasına hazırlıq prosesi ilə tanış olub, voleybolçularla söhbət edib və onların səhhəti ilə maraqlanıb.

Milli komandamızın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Ş.Bağırov millimizin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını ifadə edib, voleybolçulara uğurlar arzulayıb.

16 May 2024
İdman

Avropa Çempionatında iştirak edəcək millimizin heyəti bəlli oldu

Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

16 May 2024
İdman

Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçiriləcək.

15 May 2024
İdman

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub - FOTO

Baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yarışda çıxış edəcək seçmə komandamıza təcrübəli oyunçularla yanaşı, gənclər də cəlb olunub.

13 May 2024
İdman

Kişi para-taekvondoçularımızdan tarixi uğur

Medalların əyarına görə kişi para-taekvondoçulardan ibarət milli komandamız Avropa çempionu olaraq tarixi uğura imza atıb.